İdman

Messi yeni rekord vurdu

15 Sentyabr 2022 08:57
Baxış: 2 281
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransanın PSJ futbol komandasının argentinalı hücumçusu Lionel Messi Çempionlar Liqasının II turunun matçında İsrailin "Makkabi"sinin qapısına qol vuraraq növbəti rekorda imza atıb.

Milli.Az "Report"a istinadən bildirir ki, qarşılaşma Hayfadakı (İsrail) "Semmi Ofer" stadionunda baş tutub.

"Qızıl top" mükafatının yeddi qat qalibi İsrail klubu ilə görüşdə 37-ci dəqiqədə hesabı bərabərləşdirib. Beləliklə, futbolçu Çempionlar Liqasında 39 komandaya qol vuraraq turnir rekorduna imza atıb.

Bu oyundan əvvəl Lionel Messi və portuqaliyalı hücumçu Kriştiano Ronaldonun aktivlərində 38 komanda var idi.

Xatırladaq ki, portuqaliyalı Çempionlar Liqasının cari mövsümündə çıxış etmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.