İdman

Dünyanın ən bahalı futbol klubları

11 Sentyabr 2022 20:17
Baxış: 763
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyanın ən bahalı klublarının siyahısı açıqlanıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, məşhur "Forbes" jurnalının tərtib etdiyi cədvəldə 50 ən qiymətli idman klubu yer alıb.

Siyahıya 8 futbol klubu da daxil edilib. "Real"ın dəyəri 5,1 milyard ABŞ dolları ilə qiymətləndirilib. İspaniya nəhəngi ümumi siyahıda yalnız 13-cüdür.

Qiyməti 5 milyarda bərabər olan "Barselona" 15-ci  yerdədir. "Mançester Yunayted (4,6 milyard) 19-cu, "Liverpul" (4,45 milyard) 22-ci, "Bavariya" (4,28 milyard) 23-cü sırada qərarlaşıb.

25-ci olan "Mançester Siti" 4,25, 48-ci yerdəki PSJ 3,2 milyardla dəyərləndirilir. "Top-50"nin sonuncusu "Çelsi"dir - 3,1 milyard.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.