İdman

"Qarabağ" Çempionlar Liqasında topa ən çox sahib olan komandadır

18 Avqust 2022 10:52
0 Şərh     Baxış: 937
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarından sonra statistik göstəricilər açıqlanıb.

Milli.Az "Report"a istinadən bildirir ki, Azərbaycan təmsilçisi "Qarabağ" qitənin bir nömrəli klub turnirində topa ən çox sahib olan komandadır.

Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv 64 faizlə birinci pillədə qərarlaşıb. Türkiyə "Trabzonspor"u 62 faizlə ikinci, Şotlandiya "Reyncers"i isə 56 faizlə üçüncüdür.

Qeyd edək ki, "Qarabağ" pley-off mərhələsinin ilk oyununda Çexiyanın "Viktoriya" (Plzen) klubu ilə qolsuz heç-heçə edib. Avqustun 23-də Plzendəki "Dusan Arena"da oynanılacaq cavab matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.