İdman

"Qarabağ"ın rəqibi ilə oyunda qanunazidd hərəkətlərə yol vermiş klub cəzalandırılıb

29 İyul 2022 20:46
0 Şərh     Baxış: 1 460
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

UEFA İntizam Komitəsi "Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi "Ferentsvaroş"la oyunda qanunazidd hərəkətlər etmiş "Slovan" klubunu cəzalandırıb.

Milli.Az "report"a istinadən bildirir ki, Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş tərəflərin ilk oyununda qonaq komandanın azarkeşləri irqçi hərəkətlərə yol verdiyinə görə Bratislava klubu 40 min avro məbləğində cərimələnib. Bunun 25 min avrosu meydana yad əşyalar atmağa, 15 min avrosu pirotexniki vasitələrdən istifadəyə görədir.

Bundan başqa, "Slovan" 11 avqustda "Olimpiakos"la (Yunanıstan) keçirəcəyi ev matçında C tribunasına azarkeş buraxa bilməyəcək. Həmin sektorda UEFA-nın emblemi və #NoToRacism sözü yazılmış şüar yer alacaq.

Həmçinin, Afinadakı matçda da qonaq sektoruna slovakiyalı azarkeşlər buraxılmayacaq. Bu hal bir daha təkrarlanacağı halda, "Slovan" azarkeşləri 2 il müddətinə heç bir səfər görüşlərinə buraxılmayacaq.

Qeyd edək ki, sözügedən görüşdə qonaq komanda 2:1 qalib gəlsə də, "Ferentsvaroş" Bratislavada "Slovan"ı 4:1 məğlub etməklə "Qarabağ"a rəqib olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.