İdman

Mahirdən “Dinamo”da daha bir möhtəşəm qol - VİDEO

1 İyul 2022 23:37
0 Şərh     Baxış: 1 201

Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi "Dinamo" (Zaqreb) bu gün növbəti yoxlama oyununa çıxıb. 

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, Xorvatiyanın son çempionu Slovakiyanın yüksək liqa təmsilçisi "Spartak" (Trnava) klubu ilə qarşılaşıb. Matç 3:3 hesabı ilə başa çatıb.

Mahir də bu görüşün iştirakçısı olub. O, ikinci hissədə meydana daxil olub və  88-ci dəqiqədə komandasının bərabərlik qolunun müəllifi olub.

Qeyd edək ki, Emreli bundan əvvəl Sloveniyanın 2-ci liqasında mübarizə aparan "Nafta" ilə oyunda da (3:0) 1 qol vurmuşdu.

Milli.Az

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics