İdman

"Olimpiya çempionu olmağı arzulayıram"

4 May 2022 18:20
Baxış: 818
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mən Olimpiya çempionu olmağı arzulayıram.

Bunu Trend-ə bədii gimnastika üzrə 27-ci Bakı birinciliyinin qızıl medalçısı, "Ocaq Sport" klubunu təmsil edən Nərgiz Əliyeva deyib.

"Qazandığım medala görə çox şadam. Çıxışdan qabaq çox həyəcanlanırdım, amma xalçaya çıxanda həyəcan keçdi və mən proqramımı yaxşı icra etdim. Yarışlara hazırlıq çətin idi, amma mən öhdəsindən gəldim", - deyə gimnast bildirib.

Qeyd edək ki, mayın 3-4-də Bakı Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 27-ci Bakı birinciliyi keçirilir.

Birincilikdə 9 klubdan ümumilikdə 123-ü fərdi və 63-ü qrup komandasının (12 qrup) üzvü olmaqla 186 gimnast iştirak edir.

Yarışda idmançılar fərdi (balacalar - 2012, 2013, 2014-cü il təvəllüdlü, yeniyetmələr - 2010-2011-ci il təvəllüdlü, gənclər - 2007-2009-cu il təvəllüdlü) və qrup hərəkətləri proqramında (balacalar - 2012-2014-cü il təvəllüdlü, yeniyetmələr - 2010-2011-ci il təvəllüdlü) mübarizə aparır.

İki gün davam edəcək yarışda gimnastlar fərdi çoxnövçülükdə və qrup hərəkətləri proqramında öz aralarında qalibləri müəyyənləşdirəcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.