İdman

Rəşad Nəbiyevdən yeni təyinat

29 Aprel 2022 08:00
0 Şərh     Baxış: 977
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cüdo üzrə Azərbaycanın yeniyetmələrdən ibarət yığma komandasının yeni baş məşqçisi müəyyənləşib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, federasiya prezidenti, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bu posta Rüstəm Alimlini təyin edib.

Qeyd edək ki, Rüstəm Alimli daha öncə əsas yığmada köməkçi məşqçi kimi çalışıb. Avropa və dünya kubokunun mükafatçısı olan Rüstəm Alimli, Cüdo Federasiyasının sabiq prezidenti Rövnəq Abdullayevin dönəmində Tokio-2020 Yay Olimpiya Oyunlarında uğursuz nəticəyə görə istefaya göndərilən millinin məşqçiləri sırasında idi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.