İdman

Avropa Kubokuna qatılacaq Azərbaycan cüdoçuları bəlli olub

21 Aprel 2022 21:34
0 Şərh     Baxış: 744
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanın millisinin cüdoçuları Xorvatiyanın Dubrovnik şəhərində keçiriləcək Avropa Kubokuna qatılacaqlar.

Federasiyanın Mətbuat xidmətindən verilən məlumata görə, turnirdə dünyanın 25 ölkəsindən 243 idmançı medallar və reytinq xalları uğrunda mübariz aparacaqlar.

Azərbaycanı turnirdə Nazir Talıbov (60 kq), İsmayıl İbrahimov, Ruslan Paşayev, Elçin Hüseynov (hər üçü 66 kq), Nəriman Mirzəyev (73 kq), Hasil Cəfərov, Zelim Tçkayev (81 kq), Rüfət İsmayılov (90 kq), Adil Kərimli (100 kq) və İmran Yusifov (+100 kq) təmsil edəcəklər.

Qeyd edək ki, Avropa Kuboku 23-24 apreldə təşkil olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.