İdman

Makron Mbappe haqda - "Fransa çempionatında qalmalıdır"

21 Aprel 2022 22:24
0 Şərh     Baxış: 1 542
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransa prezidenti Emmanuel Makron PSJ-nin futbolçusu Kilian Mbappenin Paris klubunda qalmasını istəyir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Marsel" azarkeşi olan Makron "Quotidien"ə müsahibəsində bildirib ki, 23 yaşlı hücumçu PSJ-dən ayrılsa belə, Fransa çempionatını tərk etməməlidir:

"Təəssüf ki, Kilian Mbappenin "Marsel"ə keçmə variantı nəzərdən keçirilmir. Buna hazır olsaydı, nəsə etməyə çalışardım, amma bundan çox tez imtina etdi.

Mbappenin Fransa çempionatında qalması üçün mübarizə aparmalıyıq. Çünki o, inanılmaz oyunçudur".

Mbappe və Makronun 2018-ci ildə "Yelisey" sarayındak görüşlərindən bəri daim əlaqə saxladıqları bildirilir.

Xatırladaq ki, fransalı hücumçunun "Real"la danışıq apardığı haqda xəbərlər yayılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.