İdman

Messinin şəkli olan stiker hərracda yüksək qiymətə satıldı - FOTO

13 Aprel 2022 09:22
0 Şərh     Baxış: 1 154
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Argentina millisinin hücumçusu Lionel Messinin şəkli olan stiker hərracda 522 000 dollara (təxminən 888 min manata) satılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, stiker İtaliyanın "Panini" şirkəti tərəfindən 2014-cü ildə Braziliyada keçirilmiş futbol üzrə dünya çempionatı üçün hazırlanıb.

Qeyd olunur ki, sözügedən stikerlərdən cəmi on ədəd buraxılıb, lakin onlardan yalnız ikisinin harada saxlanıldığı məlumdur.

Stikerin satıcısı anonim qalmaq istəyib.

Qeyd edək ki, "Panini" şirkəti dünya və Avropa çempionatları, həmçinin digər böyük turnirlər üçün ixtisaslaşmış məhsullar nəşr edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.