İdman

Səudiyyə Ərəbistanı Qran-prisinin qalibi məlum olub

27 Mart 2022 23:46
0 Şərh     Baxış: 1 359
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Formula 1" üzrə Səudiyyə Ərəbistanı Qran-prisinə yekun vurulub.

Milli.Az "Report"a istinadən bildirir ki, 50 dövrəlik mübarizənin qalibi adını son dünya çempionu Maks Ferstappen qazanıb. "Red Bull"un niderlandlı pilotu "Ferrari" pilotları Şarl Lekler və Karlos Saynsı geridə qoyub. "Red Bull"un daha bir pilotu Serxio Peres isə dördüncü olub.

Mövsümün ikinci Qran-prisindən sonra xalını 45-ə çatdıran Lekler şəxsi hesabda liderliyini möhkəmlədib. Sayns 33 xalla 2-ci, Ferstappen 25 xalla 3-cüdür.

Konksruktorlar Kubokunda "Ferrari" 78 xalla 1-ci, "Mercedes" 38 xalla 2-ci, "Red Bull" 37 xalla 3-cüdür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.