İdman

Daha bir cüdoçumuzdan qızıl medal

27 Mart 2022 20:57
0 Şərh     Baxış: 783
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yunanıstanın paytaxtı Afina şəhərində gənclər arasında keçirilən Avropa kuboku turnirində Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb.

100 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Kənan Nəsibov finalda komanda yoldaşı Hüseyn Məmmədovu məğlub edərək yarışın qalibi adına layiq görülüb.

Hüseyn Məmmədovla yanaşı, cüdoçumuz Ruslan Nəsirli (100 kq) yalnız finalda məğlub olaraq gümüş medal qazanıblar.

Qeyd edək ki, bundan əvvəl təmsilçimiz Məhərrəm İmamverdiyev (81 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb.

Beləliklə, yığmamız 2 qızıl, 2 gümüş medalla İsrail və Türkiyə komandalarından sonra ümumi hesabda 3-cü pillədə qərarlaşıb.

Bu gün başa çatacaq yarışa dünyanın 27 ölkəsindən 300 idmançı qatılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.