İdman

Azarkeşlər PSJ-nin futbolçusunu döyüblər

17 Mart 2022 23:26
0 Şərh     Baxış: 1 146
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransanın PSJ klubunun futbolçusu Leven Kürzava yerli azarkeşlərin hücumuna məruz qalıb.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə 30 yaşlı müdafiəçi məşqdən çıxıb evinə gedərkən baş verib.

İşıqforun qırmızı işığında avtomobilin dayanmasından istifadə edən fanatlar qapını açaraq, fransalı oyunçunu vurmağa başlayıblar.

İnsidentin videosunu sosial şəbəkələrdə paylaşan tərəfdarlar bunları yazıblar: "Kürzava ilə məşqdən sonra görüşdük. Hamınızı ovlayacağıq".

Qeyd edək ki, PSJ-nin Çempionlar Liqası ilə erkən vidalaşmasını qəbul edə bilməyən azarkeşlər futbolçulara etirazlarını müxtəlif formada bildirirlər. Daha əvvəl Lionel Messi çempionat oyunu vaxtı fitə basılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.