İdman

PSJ-nin prezidenti ilə bağlı qərar verildi

13 Mart 2022 17:54
0 Şərh     Baxış: 1 090
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransanın PSJ klubunun prezidenti Nasser Əl-Xəlaifi ilə bağlı qərar verilib.

Milli.Az report-a istinadən xəbər verir ki, İspaniyada "Real Madrid"ə 1:3 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunundan dərhal sonra Qətərin paytaxtı Dohaya uçan iş adamı klub rəhbərliyi ilə görüşüb.

Hələlik 49 yaşlı funksionerin vəzifəsində qalacağı bildirilib. Rəhbərlik hesab edir ki, komandanın avrokuboklarda mübarizəni dayandırmasına görə əsas məsuliyyəti Əl-Xəlaifi daşımamalıdır. Çünki klub son illərdə onun rəhbərliyi altında əhəmiyyətli irəliləyişlər əldə edib.

Qeyd edək ki, Nasser Əl-Xəlaifi 2011-ci ildən PSJ-nin prezidenti vəzifəsini tutur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.