İdman

Millimizin növbəti oyunlarının saatı açıqlandı

1 Mart 2022 17:42
0 Şərh     Baxış: 1 212
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Bosniya və Herseqovina, eləcə də Danimarka yığmasına qarşı keçirəcəyi 2023-cü il dünya çempionatının seçmə oyunlarının stadionu və başlama vaxtı müəyyənləşib.

Milli.Az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Bosniya və Herseqovina ilə görüş aprelin 7-də Sarayevodakı "Grbavica" stadionunda olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Aprelin 12-də Danimarkaya qarşı keçiriləcək oyun isə saat 22:00-da başlayacaq. Matç Viborq şəhərindəki eyniadlı stadionda keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.