İdman

Matç zamanı azarkeş güllələndi

13 Fevral 2022 13:08
0 Şərh     Baxış: 907
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərənin "Çelsi" və Braziliyanın "Palmeyras" komandaları arasında klublararası dünya çempionatının final oyunu zamanı azarkeş güllələnib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə San-Pauluda baş verib. Cənubi Amerika təmsilçisinin fanatları Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə keçirilmiş qarşılaşmanı komandalarının ev matçlarını oynadığı "Alyants Park" stadionunun yaxınlığında quraşdırılmış böyük monitordan izləyiblər.

Bu zaman tərəfdarlar arasında kütləvi iğtişaş olub və nəticədə bir nəfər güllələnərək öldürülüb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs həbs edilib.

Qeyd edək ki, "Palmeyras"ı 2:1 hesabı ilə məğlub edən "Çelsi" klublararası dünya çempionatının qalibi olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.