İdman

Qapıçı “Arsenal”ı “Nyukasl”a dəyişir

8 Fevral 2022 11:18
0 Şərh     Baxış: 1 058
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Nyukasl" "Arsenal"ın qapıçısı Bernd Lenonu transfer etməyi düşünür.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "sağsağanlar" mövsümün sonunda bu keçidi reallaşdırmaq niyyətindədir.

Qış fasiləsində "Mançester Yunayted"dən Din Hendersonu icarəyə götürmək cəhdi uğursuz nəticələnən Premyer Liqa klubu yayda Lenonu heyətinə qatmaq üçün hərəkətə gəlib. 29 yaşlı qolkiper özü də əsas heyətdəki yerini itirdiyindən, "topçular"dan ayrılmağı fikirləşir.

Qeyd edək ki, Bernd Leno bu mövsüm bütün turnirlərdə cəmi 7 oyuna çıxıb, 11 qol buraxıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.