İdman

UEFA "Qarabağ"la oyunu təhlükəli səfər adlandırdı

3 Fevral 2022 13:24
0 Şərh     Baxış: 1 067
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

UEFA "Qarabağ"a qarşı UEFA Konfrans Liqasının pley-off mərhələsində Bakıdakı oyununu Fransa "Marsel"i üçün təhlükəli səfər adlandırıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Avropa futbol qurumunun rəsmi saytında Konfrans Liqasının pley-off oyunlarına həsr olunmuş yazıda bildirilir.

Qurum ilk qarşılaşmada Fransa təmsilçisinin Azərbaycan klubunu qəbul edəcəyini xatırladıb: "Marsel" Konfrans Liqasının qrupunda İsveçrə "Bazel"indən sonra ikinci yeri tutan, lakin Kipr "Omoniya"sı və Qazaxıstan "Kayrat"ını xeyli qabaqlayan "Qarabağ"a çağırış edir. Xorxe Sampaolinin baş məşqçi olduğu komanda Avropanın digər ucuna təhlükəli səfərdən əvvəl qış fasiləsi səbəbindən fevralın əvvəlinədək matç keçirməyən komandaya qarşı "Velodrom"da ilk oyununa çıxacaq".

Qeyd edək ki, "Qarabağ" "Marsel" komandası ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.