İdman

”Bu gün ona da bir mesaj göndərəcəm, bəlkə gəldi”

29 Yanvar 2022 17:36
0 Şərh     Baxış: 1 002
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yanvarın 28-29-da yüngül çəkidə keçmiş UFC çempionu Həbib Nurməhəmmədov Mayamidə şou xarakterli "Eagle FC 44" turniri təşkil edəcək.

Milli.Az sportinfo.az-a istinadən xəbər verir ki, Nurməhəmmədov "Mançester Yunayted"in keçmiş yarımmüdafiəçisi Devid Bekhemə də dəvət göndərib.

Bu barədə Həbib özü məlumat verib:

"Təxminən bir ay əvvəl ona mesaj göndərdim. Xatırlatdığınız üçün təşəkkür edirəm. Bu gün ona da bir mesaj göndərəcəm, bəlkə şouya gəldi".

"Eagle FC 44"də əsas döyüş rusiyalı Sergey Xaritonovla hollandiyalı Tayron Sponqo arasında olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.