İdman

Futzalçılarımız bu gün Avropa çempionatında ilk matçına çıxır

22 Yanvar 2022 10:24
0 Şərh     Baxış: 867
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün Niderlandda keçirilən futzal üzrə Avropa çempionatı çərçivəsində Azərbaycan milli komandası ilk matçına çıxacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan D qrupunun ilk turunda Gürcüstanla qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

Qrupun digər matçında İspaniya Bosniya və Herseqovina ilə üz-üzə gələcək.

Qeyd edək ki, qrupda ilk iki yeri tutan komandalar dörddəbir final mərhələsinə çıxacaq.

Futzal üzrə Avropa çempionatı yanvarın 19-dan fevralın 6-dək Niderlandın Amsterdam və Qroningen şəhərlərində keçirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.