İdman

“Real”dan Mbappe üçün PSJ-yə son təklif

5 Yanvar 2022 10:18
0 Şərh     Baxış: 1 183
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real" PSJ-nin hücumçusu Kilian Mbappeni bu ay transfer etmək fikrinə düşüb.

Milli.Az Apasport.az-a istinadla xəbər verir ki, bunu menecer Covanni Brankini açıqlayıb.

Onun sözlərinə görə, mövsümün sonunu gözləmək istəməyən "kral klubu"nun prezidenti Florentino Peres parislilərə son təklifini göndərib. Futbol funksioneri Mbappe üçün Fransa təmsilçisinə 50 milyon avro təklif edib: "Mbappe kimi futbolçunun yayda pulsuz getməsi biabırçılıq olar. Bu üzdən PSJ-nin onu satması istisna deyil".

Qeyd edək ki, PSJ təklifi qəbul etməsə, "Real" böyük ehtimalla mövsümün sonunda Kilian Mbappeni azad agent kimi heyətinə qatacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.