Bu gün Çempionlar Liqasında 1/8 finalın püşkü atılacaq.
Milli.Az apasport.az-a istinadən bildirir ki, tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Qrup səddini adlayan 16 komanda püşkatmada 8 cüt təşkil edəcək. Püşkatma öncəsi komandalar iki səbətə bölünüb.
Qrup qalibləri səpələnmiş, ikinci yer sahibləri səpələnməmişlərdir. 1/8 finalın ilk matçlarında səpələnməmişlər ev sahibi olacaq. Bu mərhələdə eyni ölkə təmsilçiləri və eyni qrupdan çıxanlar bir-biri ilə görüşə bilməz.
Səpələnmişlər
"Ayaks" (Niderland)
"Bavariya" (Almaniya)
"Yuventus" (İtaliya)
"Liverpul" (İngiltərə)
"Lill" (Fransa)
"Mançester Siti" (İngiltərə)
"Mançester Yunayted" (İngiltərə)
"Real" (İspaniya)
Səpələnməmişlər
"Atletiko" (İspaniya)
"Benfika" (Portuqaliya)
"Çelsi" (İngiltərə)
"İnter" (İtaliya)
PSJ (Fransa)
"Zalsburq" (Avstriya)
"Sportinq" (Portuqaliya)
"Vilyarreal" (İspaniya)
Qeyd edək ki, 1/8 finalın ilk oyunları gələn il fevralın 15-16-da və 22-23-də, cavab görüşləri martın 8-9-da və 15-16-da keçiriləcək.
Milli.Az