Cəmiyyət

Ən dadlı və faydalı şərbət

4 Dekabr 2021 08:51
0 Şərh     Baxış: 1 326
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsti yay günlərində ətirli soyuq şərbət susuzluğu çox yaxşı yatırdır, sərinləşdirir, əhval-ruhiyyəni yaxşılaşdırır.

Belə şərbət həmçinin çox faydalıdır. Şərqdə qədim zamanlardan növbənöv şərbətlər hazırlanır. Ən dadlı və faydalı şərbətlərdən biri limon şərbətidir.

Lazım olan məhsullar:

- 2 ədəd limon (mütləq yerli limon olmalıdır. "Xarici" limonların üzərinə uzun müddət ərzində saxlanılması üçün "mum" çəkilir, bu mum isə ziyanlıdır.),

- 1/3 stəkan şəkər tozu (zövqə görə artırmaq olar, lakin şərbət çox şirin olmamalıdır, əks halda belə şərbət əksinə susuzluğu artıracaq),

- 1 l su,

- 1 çay qaşığı gül şirəsi,

- 0,1 qr zəfəran.

Hazırlanması:

1. Su və şəkər tozundan şirə bişirilir.

2. Limon soyulur.

3. Zəfəran az miqdarda qaynar suda dəmlənilir.

4. Limon qabıqları şirəyə tökülür, 2-3 dəqiqə vam odda qaynadılır.   

5. Limon şirəsi sıxılır və bir qədər soyudulmuş şərbətə əlavə olunur, yaxşı qarışdırılır.

5. Daha sonra şərbətə qızıl gül şirəsi və zəfəran suyu əlavə olunur və yenə də yaxşı qarışdırılır.

6. Hazır şərbət soyuducuya qoyulur.

Nuş olsun!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.