Cəmiyyət

"Azəriqaz"dan AÇIQLAMA: borcu ödəməsə, qaz verilməyəcək - VİDEO

20 Noyabr 2021 15:37
0 Şərh     Baxış: 1 091
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qaz təyziqinin az olması ilə bağlı müraciətlər çox olub. "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bunun səbəblərini açıqlayıb. O, vətəndaşları maraqlandıran digər məsələlərə də toxunub. 

Noyabrın 15-dən bəri qaz təzyiqinin az olması ilə bağlı müraciətlərin çox olmasının müxtəlif səbəbləri olub.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, bunu  "Azəriqaz" İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev bildirib. O qeyd edib ki, təbii qazın təzyiqinin az olmasının əsas səbələrindən biri texniki proseslərlə bağlıdır.

Ola bilər ki, hansısa ərazilərdə fərdi problemlər qalıb və müraciətlər olduğu təqdirdə biz bu müraciətlərə yenidən baxa bilərik - deyə  Ruslan Əliyev əlavə edib. 

O ,"Azəristiliktəchizat" ASC-yə qaza olan borcunu ödəmək üçün vaxt verildiyini diqqətə çatdırıb. Bildirib ki, borc ödənilmədiyi təqdirdə "Azəriqaz" qazın verilişini dayandırmaq məcburiyyətində qalacaq.

Baş direktor Azərbaycanda vətəndaşlar üçün qaz sayğaclarının quraşdırılması və abunəçi kodlarının gec verilməsi hallarından da danışıb. Belə hallar adətən dələduzlarla bağlıdır. Bizim sayğaclar anbardan çıxanda artıq bilinir ki, o hansı kodlu abunəçi üçün quraşdırılacaq"  deye  Ruslan Əliyev sözlərinə əlavə edib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.