Hadisə

Uşaqların biri valideynlərində qalacaq, altısı internatda - SƏBƏB

15 Aprel 2026 15:03
Baxış: 605
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Hacı Zeynalabdin Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən daha iki uşaq valideynlərin razılığı əsasında dövlət himayəsinə veriləcək.

Milli.Az xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti "Report"un yerli bürosunun sorğusuna cavab olaraq yeni tədris ili başlayandan sonra həmin uşaqlar Bilgəhdə yerləşən internat evində təhsillərini davam etdirəcəkləri bildirilib..

Qeyd olunub ki, ailənin ümumilikdə 7 uşağı var, onlardan 4-ü hazırda Bilgəhdə yerləşən internat evində təhsil alır:

"Yerdə qalan iki uşaq da dövlət himayəsinə veriləcək. Həmin uşaqların gələn həftədən etibarən dövlət himayəsinə verilməsi nəzərdə tutulur və onlar növbəti tədris ilindən etibarən Bilgəhdə təhsillərini davam etdirəcəklər. Ailədə qalan körpə isə südəmər olduğundan valideynlərin yanında qalır".

Qeyd edək ki, aprelin 1-də Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində bir ailənin 6 üzvü dəm qazından zəhərlənib, sonradan, aprelin 3-də 2 yaşlı körpə qız ölüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.