Cəmiyyət

İbtidai siniflərdə ev tapşırıqları ləğv EDİLİR?

15 Aprel 2026 16:38
Baxış: 1 063
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İbtidai siniflərdə ev tapşırıqlarının ləğvi ilə bağlı müzakirələr davam edir.

Milli.Az xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova bildirib ki, bu addımın tam şəkildə tətbiqi real görünmür.

Onun sözlərinə görə, xüsusilə birinci siniflərdə qiymətləndirmə aparılmadığı üçün ev tapşırıqları məcburi sayılmır. Lakin bəzi hallarda şagirdlərə artıq yük verilməsi həm valideyn narazılığına, həm də uşaqların dərsə marağının azalmasına səbəb olur.

Ekspert hesab edir ki, aşağı siniflərdə ev tapşırıqları ya tamamilə ləğv olunmalı, ya da minimum səviyyəyə endirilməlidir. O vurğulayıb ki, əsas məqsəd uşaqlarda motivasiyanı qorumaq və onların düşünmə qabiliyyətini inkişaf etdirməkdir.

Asya
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.