Cəmiyyət

Sumqayıtda bu ailə 4 ildir dayanacaqda yaşayır - VİDEO

18 Noyabr 2021 20:12
0 Şərh     Baxış: 3 101
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sumqayıtda 6 nəfərlik ailə marşrut dayanacağında məskunlaşıb. Dayanacaq məntəqəsinin sahəsi təxminən 15 kvadrat metrdir. Baxımsızlıq ailənin yaşayışını gündən-günə çətinləşdirir. Ailənin mənzil şəraiti yaxşılaşdırmaq üçün hansısa addım atılacaqmı?

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Qubadlı rayonundan olan bu ailə 4 ildir ki, avtobus dayancağının içərisində yaşayır. 

Məskunlaşdıqları dayancaq tikilisinin sahəsi təxminən 15 kvadrat metrdir. Baxımsızlıq onların şəraitini gündən-günə çətinləşdirir.

Məsələ ilə bağlı Qubadlı Rayon İcra Hakimiyyətinin ərazi üzrə icra nümayəndəsi Ələddin Mirzəyev bildirib ki, ailənin vəziyyətindən xəbərdardırlar. Mütəmadi olaraq onlara yardım edilib. Hətta ailəyə Sumqayıt şəhərində yataqxanaların birində mənzil də təklif olunub. Ancaq onlar bundan imtina ediblər. 

Ələddin Mirzəyev əlavə edib ki, Qubadlı rayonu artıq işğaldan azad edilib. Qayıdışa start verilən kimi Sadıqovlar ailəsi də ilk köçürülən ailələrdən olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.