Cəmiyyət

Onun üçün Vətən anlayışı hər şeydən uca idi - VİDEO

6 Noyabr 2021 12:24
0 Şərh     Baxış: 598
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vətən müharibəsində igidlik göstərən qəhrəmanlarımızı tanıtmağa davam edirik. Sıradakı qəhrəmanımız Füzulidə düşmənin xeyli sayda canlı qüvvəsini məhv edən mayor Vidadi  Əhmədovdur. Qəhrəman zabitimiz şəhadətindən sonra ''vətən uğrunda'' və ''igidliyə görə'' medalları ilə təltif edilib. 

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, 44 günlük vətən müharibəsində işğal altında olan torpaqlarımızı düşməndən geri alan qəhrəmanlarımızdan biri də mayor Vidadi Əhmədovdur.

O, 1979-cu ildə Salyan rayonunda anadan olub. Uşaqlıq arzusunun ardınca gedərək 1996-cı ildə H.Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. Hərbi tədris müəssisəsini 2000-ci ildə zirehli tank və avtomobil texnikasının istismarı ixtisası üzrə mühəndis kimi bitirib. 2000-2002-ci illərdə zabit kimi Murovdağda xidmət edib.

Gənc zabit Vidadi Əhmədov 2002-2005-ci illərdə İraqda sülhməramlı qüvvələrimizin sıralarında xidmətdə olub. Daha sonra isə Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində bölük komandiri kimi qulluq edib. 2014-cü il yanvarın 1-də ehtiyata buraxılıb. 2-ci Qarabağ müharibəsi başladıqdan sonra ötən il sentyabrın 29-da döyüşlərə qatılıb. 

Vidadi Əhmədov Füzuli istiqmətində gedən ağır döyüşlərdə böyük şücaət göstərib. Döyüşlərin birində ondan 100 metr aralıya düşmüş top mərmisinin partlaması nəticəsində şəhadətə ucalıb

O, şəhadətindən sonra ''Vətən uğrunda'' və ''İgidliyə görə '' medalları ilə təltif edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.