Cəmiyyət

CinemaPlus-da 44 günlük Vətən Müharibəsi haqqında “Fulya” filminin nümayişi başladı

2 Noyabr 2021 14:33
0 Şərh     Baxış: 749
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"CinemaPlus" kinoteatrlar şəbəkəsində 44 günlük Vətən Müharibəsində öz xidməti vəzifələrini yerinə yetirən Türk jurnalist Fulya Öztürk və operator Xəlil Qəhrəmanın yaşadıqlarından bəhs edən "Fulya" sənədli filmin nümayişi başladı. Çəkilişlər bu ilin iyun ayında Gəncə, Bərdə, Tərtər, Ağdam, Şuşa və Bakı ərazisində aparılıb. Film "Azərbaycanfilm" kinostudiyası ilə Türkiyənin "Dada Yapım" şirkətinin birgə istehsalıdır.

"Fulya" sənədli filminin tarixi əhəmiyyətindən danışan ekran əsərinin əsas qəhrəmanı Fulya Öztürk deyib: "Bu sənədli filmdə ən mühüm səhnə, mənim həmin gecə Gəncədə gördüyüm o körpənin görüntüləridir. Bu kadrlar ilə bütün dünya Ermənistanın körpə qatili olduğunu gördü".

Telejurnalist Fulya Öztürk diqqətə çatdırıb ki, filmdəki səhnələr hər zaman işğalçı Ermənistanın Azərbaycana qarşı törətdiyi terror aktlarına şahidlik edəcək.

Rejissorlar Aykut Taşkın və Tahir Tahiroviç. Baş rollarda Fulya Öztürk və Halil Kahraman. Müddəti 80 dəqiqə. Yaş həddi 16+

Azərbaycanın haqq səsini dünyaya çatdıran filmi "CinemaPlus" kinoteatrlar şəbəkəsində izləyin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.