Cəmiyyət

Şıxhaput kəndinin körpü problem - VİDEO

2 Noyabr 2021 13:30
0 Şərh     Baxış: 842
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İcra nümayəndəliyindən problemin tezliklə həll ediləcəyi bildirildi.

"Bizim günümüz bax budur. Səhər bir saat vaxt itiririk uşaqları məktəbə gətirməyə. Günorta dərsdən gələndə atıb işimizi gücümüzü alıb uşaqları qucağımıza gəzdiririk aşağı yuxarı".

Milli.Az Real TV-yə istinadən xəbər verir ki, Xaçmazın Şıxhaput kənd sakini Aydın Əsgərovla yanaşı yüzlərlə valideyn hər gün bu çətinliklə üzləşir. Nə etsinlər? Axı azyaşlı məktəbli övladlarını başqa cür təhlükədən qoruya bilmirlər...

Sakinlərin sözlərinə görə, ötən əsrin sonlarında Şıxhaput və Sərkərli kəndləri arasında, Ağ çayın üzərində körpü tikilib. Lakin elə birinci seldən sonra keyfiyyətsiz inşa edilən körpüdən əsər-əlamət qalmayıb. Bundan sonra çayın üzərində piyadaların hərəkəti üçün nəzərdə tutulan dəmir konustruksiyalı gördüyünüz bu körpü quraşdırılıb. Düzu bügünki vəziyyətini nəzərə alsaq adamın buna körpü deməyə dili varmır.

Hər halda məktəblilərin eləcə də sakinlərin çayın bu tayından o tayına keçməsinə hələ ki vasitəçilik edir. Amma çayda su çox olacağı təqdirdə bu körpünündə sel sularının qurbanı olmaq ehtimalı böyükdür. Bu səbəbdən sakinlər ərazidə yeni körpünün tikintisini tələb edirlər.

Sakinlərin uzun illərdir əziyyət çəkdiyi körpü problemi ilə bağlı kənd icra nümayəndəliyindən bildirildi ki, məsələ dövlət proqramına salınıb və yaxında zamanda həll ediləcək.

Ümid edirik yeni körpünün inşasına qədər çaya sel gəlməz...Əks təqdirdə sakinlər ümumiyyətlə körpüsüz, məktəbliklər isə təhsildən kənar qalacaq...

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.