Cəmiyyət

Körpəni 40 gün çimizdirmədilər, görün nə hala qaldı - FOTO

27 Oktyabr 2021 21:20
5 Şərh     Baxış: 2 380
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycanda 40 günlük körpədə çimizdirilmədiyi üçün dəri xəstəliyi əmələ gəlib.

Milli.Az bildirir ki, "40-ı çıxsın çimizdirərik" düşüncəsi azyaşlının dərisinə ciddi ziyan vurub.

Bu barədə pediatr Günay Rəsulova paylaşım edib.

Paylaşımda mütəxəssis qeyd edib ki, körpələrin dərisini bu hala salmaq doğru deyil: "Göbəyi düşəndən sonra körpə dərisinə tez-tez edilən vannalar dəriyə qulluqda çox faydalıdır. Körpə dərisi qurumağa, qabıqlanmağa meylli olduğu üçün daimi nəmləndirmə, xüsusilə çiməndən sonra nəmləndirici krem istifadəsi vacibdir. Bu körpəmizin dərisi həm də infeksiyalaşmışdı".

Pediatrın sözlərinə görə, sözügedən azyaşlı müalicədən 1 həftə sonra sağalıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.