Cəmiyyət

Goranboyda piyadanı avtomobil vurub, vəziyyəti ağırdır

12 Oktyabr 2021 21:12
0 Şərh     Baxış: 491
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Goranboy rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə rayonun Rəhimli kəndində qeydə alınıb.

Yolu qarşı tərəfə keçmək istəyən, 1960-cı il təvəllüdlü Kəmalə İsmayılovanı avtomobil vurub. Müxtəlif bədən xəsarətləri alan piyada Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Orada ilki tibbi yardım göstərildikdən sonra Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.