Cəmiyyət

Elnur Əşrəfoğlunun vəziyyəti ağırdı

6 Oktyabr 2021 14:50
Baxış: 1 392
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Tanınmış jurnalist Elnur Əşrəfoğlunun vəziyyəti ağır, kritik olaraq qalmaqdadır".

Milli.Az xəbər verir ki, bu barədə "Yeni Klinika"dan modern.az-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, ötən müddətdə xəstənin ağciyər göstəricilərində müsbətə doğru dəyişikliklər yoxdur:

"Bu səbəbdən də ECMO vasitəsilə dəstək davam etdirilir".

Qeyd edək ki, Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra "Yeni Klinika"ya köçürülüb. Vəziyyəti ağır olduğundan ECMO aparatına qoşulub. Jurnalistin anası Zöhrə Hüseynova oğlunun səhhətilə bağlı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciət edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.