Şirvan şəhərində 51 yaşlı qadını avtomobil vurub.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Şirvan şəhəri, H.Əliyev prospektində qeydə alınıb.
"VAZ 2107" markalı avtomobil yolu keçmək istəyən Şirvan sakini, 1970-ci il təvəllüdlü Ağayeva Gülbəniz Allahqulu qızını vuraraq ağır yaralayıb. Yaralı kəllə-beyin travması ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirlib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az