Təyyarənin göyərtəsində nəyi etmək olmaz?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Səyahətlər çox zaman macərasız ötüşmür. Ya oteldə, ya turda, ya da elə təyyarənin içində. Milli.Az aviatravel.az-a istinadən bildirir ki, bu macəralardan bəziləri heç də xoşolmayan təəssürat yarada bilər. Odur ki, uçuşun ən yüksək səviyyədə xoş və rahat keçməsi üçün təyyarənin göyərtəsində təhlükəsizlik qaydalarına və səyahətçinin etik davranış qaydalarına etinasız yanaşmayın.
Təyyarə havaya qalxarkən və yerə enərkən təhlükəsizlik qaydaları
Mobil telefonları söndürün
Təyyarənin naviqasiya avadanlığına maneə törətməmək üçün təyyarənin havaya qalxdığı və yerə endiyi vaxt ərzində mobil telefonları və digər elektron qurğuları söndürün. Təyyarə kreyser hündürlüyünə çatdıqdan sonra "aviarejim"ə ("Airplane mode") keçərək telefondan istifadə edə bilərsiniz.
Təhlükəsizlik kəmərini bağlayın, açılıb-yığılan masaları qatlayın
Əgər bütün uçuş boyu oturur və ya yatırsınızsa, təhlükəsizlik kəmərini bağlı saxlayın. Bu, hava boşluqlarına daha asan qatlaşmağa kömək edəcək, həmçinin turbulentlik yaranan zaman baş verə biləcək sərt silkələnmə halında Sizi zədələrdən qoruyacaq. Açılıb-yığılan masaları qatlayın, çünki onlar ilə toqquşma insan sağlamlığı üçün ciddi fəsadlara gətirib çıxara bilər.
Oturacaqların söykənəcəyini şaquli vəziyyətə gətirin
Yüksəkliyə qalxarkən və yerə enərkən, habelə qida qəbulu zamanı oturacağın söykənəcəyi dik vəziyyətdə olmalıdır. Bu tövsiyə əhəmiyyətlidir: qarşınızda oturan sərnişinin geri qatlanmış oturacağı oturduğunuz yerdən çıxmağınızı əngəlləyə bilər.
İllüminatorların pərdələrini açın
Təyyarənin yerdə hərəkəti, yüksəkliyə qalxması və yerə enməsi zamanı illüminatorların pərdələrini qaldırın. Belə olan halda göydə işıqlandırmanın kəskin surətdə dəyişməsinə uyğunlaşmaq və səmti müəyyənləşdirmək Sizin üçün daha asan olacaq. Pərdələrin açılması hər hansı bir gözlənilməyən hal zamanı göyərtədən kənardakı vəziyyəti gözdən keçirmək üçün lazımdır. Bundan başqa, sərt eniş zamanı plastik pərdənin parçalanaraq Sizi yaralamaq ehtimalı da var.
Siqaret çəkməkdən çəkinin
Təyyarənin salonunda siqaret çəkmək bütün uçuş boyu qadağan olunur, bu qayda elektron siqaretlərə də aiddir.
Alkoqollu içkilərdən sui-istifadə etməyin
Təyyarənin göyərtəsində artıq miqdarda spirtli içki qəbul etməyin. Bu, göyərtədəki digər sərnişinlər üçün narahatçılıq yaratmamalıdır.
Uçuş zamanı "səyahətçinin etik davranış" qaydaları
Uçuşdan öncə ətriyyat vasitələrindən çox istifadə etməyin
Otaracağınızın söykənəcəyini geriyə açmaq istəyiniz barədə arxanızdakı oturacaqda əyləşən sərnişinləri xəbərdar edin.
Ayaqqabını çıxartmaq Sizin qanuni haqqınızdır, lakin bəzi hallarda bunu etməmək daha yaxşıdır.
Uşaqlarınızın davranışlarına nəzarət edin.
Yuxarı rəflərdəki ümumi boş yeri nəzakətsiz şəkildə tutmayın.
Bort bələdçilərinin göstərişlərinə əməl edin.
Ayaqyoluna getməyi əvvəlcədən planlaşdırın.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Auditorlar Palatasının bir qrup üzvü və əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib
-
Tıxaca görə dərsə gecikən tələbələrə güzəşt olacaq?
-
"Ziraat Bank Azərbaycan" çoxdan gözlənilən “Payız kampaniyası”nı təqdim edir!
-
TDT-nin müsəlman dini idarə rəhbərləri Ağdama gəliblər - (Foto)
-
Azərbaycanda quru sərhədlər açılır?
-
Limon turşusunun sirri açıldı - Limonla heç bir əlaqəsi yoxdur
XƏBƏR LENTİ
-
General-mayor Anton Qrunis öldü
-
Mbappe PSJ-yə pul ödəməli olacaq
-
Qara Qarayev tıxacda qalan uşaqla selfi çəkdi - (Video)
-
Auditorlar Palatasının bir qrup üzvü və əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib
-
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq elmi-praktik konfransın iştirakçılarına müraciət ünvanlayıb
-
Mertsin ABŞ səfəri ləğv edildi
-
Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq
-
Tıxaca görə dərsə gecikən tələbələrə güzəşt olacaq?
-
İstanbulda boyun kütlətməyə gedən tır sürücüsü öldü - Həkimdən xəbərdarlıq - (Video)
-
Qəbələdə 65 yaşlı kişini avtomobil vurdu - Öldü
-
Bakıda 82 yaşlı kişi 9 mərtəbəli binadan yıxılaraq öldü
-
Hafiz Həsənovun məhkəməsində son qərar açıqlandı
-
Ronaldu "Əl-Nəsr"in sahibi olacaq?
-
"Ziraat Bank Azərbaycan" çoxdan gözlənilən “Payız kampaniyası”nı təqdim edir!
-
TDT-nin müsəlman dini idarə rəhbərləri Ağdama gəliblər - (Foto)
-
Azərbaycanda quru sərhədlər açılır?
-
"Son mənzilə qədər Rəmişin yanında olmusunuz" - (Video)
-
Bir gündə 48 cinayət açıldı, 141 nəfər saxlanıldı
-
Limon turşusunun sirri açıldı - Limonla heç bir əlaqəsi yoxdur
-
Gürcüstan Azərbaycana yeni səfir təyin edib
-
Sabunçuda avtomobil piyadanı vuraraq öldürdü
-
Xames Rodriges millidən getdi
-
Sumqayıtda ağır qəza - Ölən və yaralanan var
-
Məkkəyə hücum cəhdi - Dron məhv edildi - (Foto)





