Cəmiyyət

Ağdamda minaya düşən şəxsin vəziyyəti sabitdir

21 Sentyabr 2021 08:08
0 Şərh     Baxış: 722
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ağdam rayonunda yol tikintisi zamanı minaya düşərək yaralanan ekskavatorçu Ağayev Zəfər Yunis oğlunun vəziyyəti sabitdir.

Milli.Az Report-a istinadən bildirir ki, bu barədə Bərdə Mərkəzi Rayon Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, yaralının üz nayihəsində şüşə qırıntılarının yaratdığı xəsarətlər var. O, partlayış zamanı ekskavatorun kabinəsində olduğundan ağır xəsarətlər almayıb.

Xatırladaq ki, hadisə Ağdam rayonunun işğaldan azad edilən Baş Qərvənd kəndi ərazisində baş verib. Ekskavator tank əleyhinə minaya düşüb. Nəticədə Sumqayıt şəhər sakini, 1972-ci il təvəllüdlü Ağayev Zəfər Yunis oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.