Bakının Suraxanı rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə aeroport şossesində qeydə alınıb.
"AzSamand" markalı nəqliyyat vasitəsinin sürücüsü təmizlik işini aparan texnikanı görüb sağa doğru qəfil manevr edib. Bu zaman o "Mercedes" markalı avtomobilə dəyib. "Mercedes" idarəetmədən çıxaraq yolayrıcı dəmir arakəsməyə çırpılıb. Qəza nəticəsində bir nəfər xəsarət alıb
Milli.Az