Cəmiyyət

Mövsümi qrip epidemioloji vəziyyəti ağırlaşdıra bilər - XƏBƏRDARLIQ - VİDEO

3 Sentyabr 2021 12:18
0 Şərh     Baxış: 1 094
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qrip mövsümünün başlaması və havaların soyuması ilə birlikdə qapalı məkanlarda daha çox vaxtın keçirilməsi epidemioloji vəziyyətə mənfi təsir göstərə bilər.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, bu fikirləri baş infeksionist Təyyar Eyvazov deyib.

O bildirib ki, payız-qış aylarında qrip, o cümlədən digər respirator infeksiyalarda artım müşahidə olunur.

Onun sözlərinə görə, infeksiyaların yoluxma yolları da eynidir.

Baş infeksionist bildirib ki, hər il qripə qarşı risk qrupuna daxil olan insanlar  peyvənd olunurlar.

"İndi ölkələrin qriplə bağlı vəziyyəti izləməsi, hər iki virusu əhatə edəcək şəkildə gündəlik epidemiyaya nəzarət sistemini yenidən qurması və gücləndirməsi çox vacibdir",- deyə baş infeksionist əlavə edib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:   

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.