Cəmiyyət

Daha bir hakim koronavirusa yoluxdu

31 Avqust 2021 12:15
0 Şərh     Baxış: 1 769
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyev koronavirusa yoluxub.

Milli.Az bakupost.az-a istinadən xəbər verir ki, bu gün hakimin koronavirus testinin nəticəsi pozitiv çıxıb.
Nəticədə S.Əliyevin icraatında olan məhkəmə işləri təxirə salınıb.

Bundan başqa, Samir Hüseynovla eyni tərkibdə olan hakimlər Eldar İsmayılov və Cavid Hüseynovun da icraatında olan cinayət işləri təxirə salınıb.

Qeyd edək ki, daha əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İradə Həsənzadə də koronavirusa yoluxub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.