Cəmiyyət

"Karvan" şadlıq sarayının icarədarı qaydaları pozdu, cinayət işi açıldı - VİDEO - FOTO

31 Avqust 2021 12:14
0 Şərh     Baxış: 847
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən monitorinqlər zamanı Talalar kəndində yerləşən "Karvan" şadlıq sarayında təşkil edilən toy mərasimində karantin rejimlərinin pozulması halları aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, yoxlamalar zamanı şadlıq sarayında keçirilən toy mərasimi barədə məlumatların "icaze.e-gov.az" portalında qeydiyyatdan keçirilmədiyi məlum olub.İnfeksiyanın kütləvi yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində tətbiq edilən karantin rejiminin tələblərinə biganə yanaşan obyektin icarədarı Sabir Mamedov barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Qeyd edək ki, əvvəllər də həmin şadlıq sarayında təşkil edilən toy mərasimində müəyyən edilən say həddindən artıq qonaq iştirak etdiyi üçün S.Mamedov barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülmüşdü.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.