Cəmiyyət

Günün qoroskopu: Aktiv olsanız, məqsədə çata bilərsiniz

25 Sentyabr 2021 00:01
18 Şərh     Baxış: 4 522

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - günün ilk yarısında məhsuldar çalışın. Tənbəllik etməyin, süstlüyə yol verməyin. Belə davransanız, rəqibləri üstələyərək yaxşı nəticələrə nail ola bilərsiniz. Həddən artıq çalışaraq özünüzü yormayın. İfrat yorğunluq səhhətinizə ziyan vuracaq.

Günün ikinci yarısında başağrıları, xroniki xəstəliyin kəskinləşməsi, ürək-damar sistemində problem istisna deyil. Zərərli vərdişdən əl çəkməyə çalışın.

Ailədəki problemlərin həlli, qohumlarla ünsiyyət üçün münasib zamandır. Dil tapa bilmədiyiniz insanlarla münasibətləri normallaşdırın. Emosiyaların təsiri altına düşməyin.

Buğa - çoxdan bəri maraqlandığınız işə başlamaq zamanıdır. Həmin işi indiyədək çox ağır, mümkünsüz hesab edirdiniz.

Gün uğurludur. Sizə məsləhətlə və əməli fəaliyyətlə yardım edəcək insanlar var. Gəlirlər və uğurlu alış-veriş istisna deyil.

Günün ikinci yarısı qısamüddətli səfər, səyahət, fəaliyyət arealının dəyişdirilməsi üçün əlverişlidir. Dəvət aldığınız tədbirə qatılın. Diqqət mərkəzində olacaqsınız. Qeyri-adi, hətta ekstravaqant qərar və ya addımlar istisna deyil.

Əkizlər - əvvəllər başladığınız işlərin başa çatdırılması üçün səylərinizi davam etdirin. Aktiv olun, mühüm məsələlərin həllini ertələməyin. Pedant və səliqəli olun. Belədə işlərdə səhvlərə yol verməyəcəksiniz. Maliyyə məsələləri və sənədləşdirmələrdə sərvaxt olun. Məmurlarla ünsiyyətdən kənarlaşmaq mümkün deyil. Dövlət qurumlarının mənsubları ilə təmaslarda sayıq olun.

Günün ikinci yarısı bilik və bacarıqların artırılması, düynagörüşünün genişləndirilməsi üçün pis deyil. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün səylərinizi əsirgəməyin. Əlaqələrdə sayıq olun. Əldə etdiyiniz məlumatlardan və ya təcrübənizdən öz məqsədləri üçün istifadə etmək istəyən insanlar var.

Xərçəng - pozitiv emosiyalar vəd edən maraqlı gündür. Dəyər verdiyiniz insanla bağlı xoş xəbər alacaqsınız. İşgüzar danışıqlar pis keçməyəcək. Əməkdaşlıqla bağlı maraqlı təkliflər ala bilərsiniz.

Günün ikinci yarısında yaxınlarınızla mübahisə etməyin. Hər hansı məsələ ilə bağlı fikir ayrılığı ixtilafa səbəb olmamalıdır. Axşam saatları ailəvi istirahət üçün münasibdir. Son vaxtlar darıxdığınız insanla qarşılaşacaqsınız.

Kəsilmiş əlaqələri bərpa etmək olar.

Şir - günün ilk yarısında həddən artıq çalışmayın. İfrat yorğunluq arzuolunmazdır. Mühüm məsələnin həllini ertələməyə çalışın. Təmkinli və soyuqqanlı davranın. İşdə kiçik anlaşılmazlıqlar və ixtilaflar istisna deyil. İndiyədək birgə əməkdaşlıq etdiyiniz, dil tapdığınız insanlarla mübahisə etməyin.

Günün ikinci yarısında alış-verişdə bədxərclik etməyin. Anlaşma və sövdələşmələr gözlənilən effekti verməyəcək.

Axşam saatlarında müstəqil çalışmağa, tək qalmağa can atın. Son günlərin hadisələrini təhlil edin. Rutin ev işləri sizi yormayacaq, sinirləndirməyəcək. Kulinar eksperimentlər pis olmayacaq.

Qız - işgüzar görüşlər və şəxsi münasibətlərdəki məsələlərin həlli üçün yaxşı zamandır. İlk dəfə çalışdığınız insan ümidləri doğruldacaq. İndiyədək sizə rəğbət bəsləməyən insanlarda özünüzlə bağlı xoş təəssürat yaratmağa can atın. Peşəkar fəaliyyətdə yeni layihələr və işlər üçün pis zaman deyil. Yeni işə başlamaq olar.

Günün ikinci yarısında səfər və ya səyahət yaxşı alınacaq. Uğurlu alış-veriş etmək, maraqlı insanlarla qarşılaşmaq mümkündür. Ailə üzvləri ilə ünsiyyət əhvalınızı yaxşılaşdıracaq. Emosiyalara aldanmayın, hisslərin əsiri olmayın.

Tərəzi - ehtiyatlı olun, zərurət olmayan yerdə risk etməyin. Belə davrasanız, günün ilk yarısında qarşınıza qoyduğunuz məqsədlərə çata bilərsiniz. Səbrli olun və bilin ki, can atdığınız nəticəni sürətlə, qısa müddətdə əldə etmək mümkün deyil.

Kiçik maliyyə itkiləri istisna deyil.

Günün ikinci yarısında alış-verişi təxirə salın. Xərclər mənasız ola bilər.

Axşam saatlarını rəğbət bəslədiyiniz insanlarla keçirin. Belə təmaslar əhvalınızı yaxşılaşdırmaqla yanaşı, maraqlı ideyalar və yeni imkanlar vəd edir. Yeni tanışlara inanmağa tələsməyin. Onların niyyətləri düşündüyünüz qədər saf deyil.

Əqrəb - ayın əvvəlində başladığınız işi tələsmədən, sakit şəkildə bitirin. Sonuca varmaq, nəticələri nəzərdən keçirmək və ödənişi almaq zamanıdır. İşdə rəhbərliklə danışıqlar və müzakirələr aparmaq olar. Karyeranız və maaşınızı müzakirə edin.

Yeni iş yeri arayırsınızsa, maraqlı, cazibədar təklif ala bilərsiniz.

Günün ikinci yarısında önəmli məsələnin həlli adi günlərlə müqayisədə daha çox vaxt ala bilər. Yaxınlarınızın diqqətinizə ehtiyacı var. Sevdiyiniz insanla baş-başa söhbət üçün vaxt tapın.

Oxatan - məqsədə çatmaq üçün yaxşıca çalışmaq, çoxsaylı maneələri dəf etməli olacaqsınız. İnadkar, qətiyyətli davranın, rəqiblərin məkrli davranışlarına fikir verməyin. Problemin həllində improvizə edə bilərsiniz. Hansısa iş istədiyiniz kimi alınmırsa, yerinizdə saymayın.

Günün ikinci yarısı yeni tanışlıqlar üçün sərfəlidir. İşgüzar münasibətləri intensivləşdirin, əməkdaşlığı gücləndirin.

Yaxınlarınız sizi asanlıqla anlayacaqlar. Onlar istək və arzularınızı anlamağa çalışırlar. Yaxın ətrafınızdakı insanlarla bağlı intuisiyanız sizi yanıltmayacaq. Maliyyə fonu uğurlu deyil. Qərarlarınız kiçik də olsa, pul itkisinə səbəb ola bilər.

Oğlaq - peşəkar fəaliyyət sahəsində mövqeyinizin, karyeranızın asılı olduğu insanlala ünsiyyətdə sakit və təmkinli olun. İşgüzar danışıqlarda soyuqqanlı davranın. Etiket qaydalarına riayət edin, qaba danışmayın.

Emosiyaların təsirinə qapılaraq düşünülməmiş addım atmayın.

Günün ikinci yarısında tək qalmaq, müstəqil çalışmaq istəyəcəksiniz. Əfsuslar olsun ki, yaxın ətrafınızdakı insanlar bunu anlamırlar. Yaşlı qohumların ifrat diqqəti sizi qıcıqlandırsa da, hisslərinizə hakim olun.

Dolça - günün ilk yarısında diqqətli, təmkinli və soyuqqanlı olun. Ehtiyatlı davranın. Belə olarsa, çoxsaylı anlaşılmazlıq, xoşagəlməz hadisələr və ixtilaflardan qurtula bilərsiniz.

Aktiv olsanız, məqsədə çata bilərsiniz. Bilik və bacarıqlarınızı nümayiş etdirməkdən çəkinməyin. Fəaliyyətinizdə izafi emosionallığa varmayın.

Günün ikinci yarısında diqqətli olun, deyilənlərə fikir verin. Pozitiv emosiyalar almağa çalışın.

Maraqlı xəbərlər, informasiya, məlumatlar almaq mümkündür. Çoxdan bəri rəğbət bəslədiyiniz insanla qarşılaşa bilərsiniz. Yeni əməkdaşlıq və tərəfdaşlığa başlamaq üçün münbit şərait var.

Balıqlar - önəmli qərar qəbul etməyin, mühüm məsələlərin nəzərdən keçirilməsini ertələyin. Etibar etdiyiniz insanlarla məsləhətləşin. Bir müddət sonra faydalana biləcəyiniz əlaqələri kəsməyin. Emosiyaların təsiri altında addım atmayın.

Günün ikinci yarısında sakit, təmkinli, soyuqqanlı şəkildə çalışın. Yaşam potensialınızın səviyyəsi aşağıdır. Axşam saatlarına yaxın yorğunluq hissi arta bilər.

Normal istirahət etməyə can atın.
 

Milli.Az

35 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

18 Şərh:

  • Anonim
    Esra ıbrahimli(Şamaxı) · 25 Sentyabr 00:06210

    İstirahet günləriniz xoş olsun.

    Cavab yaz
  • Anonim
    Esra ıbrahimli(Şamaxı) · 25 Sentyabr 00:07280

    Bir insanı yaxindan tanımaq isteyirsensə onun dediklərinə deyil,elədiklərinə fikir ver.

    Cavab yaz
    • Anonim
      Esra xanıma · 25 Sentyabr 12:12150

      Salam.Mənim nəzərimdə bir insanı yaxından tanımaq üçün onunla uzun və ya bir neçə saatlıq yol yoldaşı olmaq da kifayət edər....ümumiyyətlə insan xarakteri mürəkkəbdir.Bu arada ƏSMƏR xanımdan məlumatı olan varmı? Mənim kimi xəstə idi...görəsən necə oldu?Allah cəmi xəstələrimizə şəfa versin.Amin.sayğılarla @ALEKS

      Cavab yaz
      • Anonim
        Esra ıbrahimli(Şamaxı) · 25 Sentyabr 15:2030

        Salam Aleks bey.1 ci dediyinin sonuncu cümlesi ile raziyam insan xarkteri mürekkebdi Vallah yolda kolda da belke tanimak olmaz. qelizdi.Əsmerdən mende narahatam ümüd edirem her sey qaydasina düser ve yazar Allah sefa versin Esmərimədə bütün xestelere de .Hö[email protected] Esra .

        Cavab yaz
  • Anonim
    asi · 25 Sentyabr 00:2126

    Yeni tanışla tanış olmağımın məqsədini bir bilsə)...Ən azı 10 il sərf etdiyim bir planımın finalı məhz yeni tanış idi, onu heç kimin hiss edə bilməyəcəyi şəkildə atdım büüüütüüün maneələrin önünə..İndi sakitcə oturub, arzularımdan və ideyalarımdan zövq alacam))..

    Cavab yaz
    • Anonim
      Melek b · 25 Sentyabr 07:2822

      Salam..ooo sən nə imişsən Asi)səndən qorxulur)

      Cavab yaz
      • Anonim
        asi · 25 Sentyabr 09:4223

        Salam Mələk..Necəsən?..Həyat mübarizədir,Mələk)...Ən xeyirlisi qismət olsun sənə də, ailə qurduqdan sonra görəcəksən üzərinə düşən əsl məsuliyyəti)..Ondan sonra həyatda iki yol olur..Ya sakitliyə çəkilib, maneləri ağılla dəf edəcəksən, ya da özünü episentrə atıb, məğlub olacaqsan..Bəzən həyatına müdaxilə edən insanlar a elə hiss etdirməlisən ki, onlar guya haqlıdır..Başları qarışsın “ doğruları” ilə öyünməyə..Belə insanların kitabını mənim etdiyim kimi, sakitcə evdə yemək bişirə-bişirə bağlamaq lazımdı)))...Öyrən, goruma paramayacam ki))..Lazımın olar)...

        Cavab yaz
        • Anonim
          asiye · 25 Sentyabr 11:0232

          Caxcaq bas agridar. Deyirman dasida, bildiyini uyuder. Vaxti ile bu memleketde, insanlar yasayib, yaradiblar. Sonrada. Bir cumle deyib gedibler. Daha. Murekkeb cumlelerle yalanci hekayeler yazmayiblar. Dindar.

          Cavab yaz
          • Anonim
            asi · 25 Sentyabr 11:2410

            Mənim nə uydurduğumdan asılı olmayaraq özünü oxumağa məcbur hiss edən sənin kimi insanlar var)..

            Cavab yaz
            • Anonim
              asiyə · 25 Sentyabr 15:0520

              "onlar guya haqlıdır.. Başları qarışsın "doğruları" ilə öyünməyə.." Özünü elə apar, guya savadsız savadlıdır. Hamıdan çox bilir. Sonda zərbəni vur. Dindar.

        • Anonim
          Asi xanıma · 25 Sentyabr 12:0511

          Əllərinizə sağlıq...çox dolğun və mənalı şərh...sayğılarla @ALEKS

          Cavab yaz
          • Anonim
            asi · 25 Sentyabr 15:3010

            Çox sağ olun..

            Cavab yaz
        • Anonim
          Melek b · 25 Sentyabr 14:0401

          Salam Asi(*****)gərək sənin yaninda kurs kecəm)))can uşaqlar necədi?siz tərəflərdəyəm☺

          Cavab yaz
          • Anonim
            asi · 25 Sentyabr 14:5400

            Uşaqlar da yaxşıdı,məktəb dava dalaşımız başlayıb, əsas da balaca ilə)..Xoş gəlmisən)..Mən də hazırlaşıram Bakıya səfərə..Alınsa tətildə gedəcəm, alınmasa sonra..Qardaşımın nişanlısı ilə toy razılaşmasına bağlıdı gedib getməməyim)).Biri payız deyir, biri qış, görək axırda kim qalib gələcək..)

            Cavab yaz
            • Anonim
              Melek b · 25 Sentyabr 20:3010

              Saq salamat gedin.Qardasida Allah xoşbəxt etsin

  • Anonim
    Ebru · 25 Sentyabr 13:0872

    Salam Aleks bəy ,necəsiniz?Xoş gördük.Sizin şərhinizi görməmə sevindim ,həmişə buralarda olasız.Şükür ki,sağalıb aramıza dönmüsünüz.Allah bütün xəstələrə şəfa versin.İnşAllah Əsmər bacımızda sağalıb aramıza dönər sizin kimi.Onun üçündə çox narahatam((Kaşki yazsa((Allah köməyi olsun,gül balalarına baışlasın..

    Cavab yaz
    • Anonim
      Ebru xanıma · 25 Sentyabr 20:1730

      Axşamınız xeyir.Şərhiniz gec verildi.indi baxdım.Diqqətinizə görə şad və minnətdaram.Xəstəlik,yoluxma barədə söhbətlə sizi yormaq istəməm.onsuzda bilirsiz yoluxma nədi,yaşam mübarizəsi.Şükür həyatdayam,yaxşıyam,yaxın günlərdə işimin üstə olacam.inşəallah.Allah hər kəsi bu yoluxmadan qorusun.Çətindi....itirə itirə gedirik...ƏSMƏR üçün mən də narahatam.o məndən çox əvvəl yoluxmuşdu...Siz demiş:Allah köməyi olsun,gül balalarına bağışlasın....əgər sağdırsa...bağışla yaza bilmirəm....yaş məni boğdu...ALEKS

      Cavab yaz
  • Anonim
    asiyə · 25 Sentyabr 15:0620

    Bu mənim sevdiyim həyatı məntiqdir. Dindar.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.