Cəmiyyət

Laçın rayonunun aqrar göstəriciləri - VİDEO

19 Avqust 2021 13:40
0 Şərh     Baxış: 706
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Heyvandarlıq təsərrüfatının yaradılması nəzərdən keçirilir

Milli.Az Real TV-ə istinadən bildirir ki, böyük iqtisadi potensiala malik olan Laçın rayonunun yeraltı və yerüstü sərvətləri işğal müddətində düşmən tərəfindən dağıdıldı. Rayonun meşə fondu məhv edildi. Rayon əhalisinin əsas məşğuliyyəti, yən 83 faizi kənd təsərrüfatı ilə məşğul idi. Regionun aqrar potensialı daha çox heyvandarlıq sahəsində olmuşdur. Əkinçilik, taxılçılıq və meyvəçilik kimi sahələr də mövcud idi. İİTK mərkəzinin department rəhbəri Ayaz Müseyibovun sözlərinə görə, baxmayaraq ki, işğal dövründə Laçına xeyli ziyan dəyib, rayonun coğrafiyası aqrar sahınin yenidən inkişaf etdirilməsinə imkan verir.

Bildirildi ki, Laçında digər sahələrin inkişafı ümün də münbit şərait var.

Qeyd edək ki, işğaldan əvvəl Laçın rayonunda təxminəm 6 min ton süd, 5 min ton ət, 4 yüx tondan çox yun satılırdı. Bu isə onu göstərir ki, Laçın hər zaman kifayət qədər aqro-potensiala malik region olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.