Cəmiyyət

Koronavirusu simptomsuz keçirən insanlar virusun yayılmasını sürətləndirir - VİDEO

13 Avqust 2021 10:52
1 Şərh     Baxış: 691
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəstəliyi yüngül formada keçirən insanlar daşıyıcı kimi virusun yayılmasını sürətləndirir.

Bəzi hallarda xəstələr COVID-19-a yoluxsalar da, bu xəstəliyi simptomsuz keçirir. Belə vətəndaşlar özləri də bilmədən ətrafındakı insanlar arasında virusu yaymış olur. Nəticədə bır xəstə gün ərzində onlarla insanı yoluxdurmuş olur.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bu fikirləri həkim infeksionist Natiq Əliyev deyib.

Onun sözlərinə görə, vaksinin hər iki dozasını vurduran şəxslər də xəstəliyi yüngül keçirir. Bu şəxslər yenidən yoluxduqda digər insanlar  üçün artıq daşıyıcı olurlar.

Həkimlər vətəndaşları virusun yayıldığı ilk günlərdə olduğu kimi qaydalara əməl etməyə çağırır. Yoluxma sayının artması virusun yenidən alovlanmasına və təkrar  qapanmalara səbəb ola bilər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.