Cəmiyyət

Kürdəmirdə ağac avtomobilin üzərinə aşıb - FOTO

10 Avqust 2021 21:33
0 Şərh     Baxış: 711
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Kürdəmir şəhərində iri gövdəli ağac avtomobilin üzərinə aşıb.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 58 yaşlı Mirzəliyev Elşən Məhəmmədəli oğlu "Toyoto" markalı avtomobilini yolun kənarında saxlayaraq mağazaya daxil olub.

Bu zaman yol kənarındakı iri gövdəli ağac kökündən qoparaq avtomobilin üzərinə aşıb, nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Xoşbəxtlikdən hadisə zamanı avtomobildə heç kim olmayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.