Cəmiyyət

Sərnişinlər hava limanında vaxt itkisi ilə üzləşməyəcək - Yeni mobil tətbiq nələr vəd edir? - VİDEO

10 Avqust 2021 14:08
0 Şərh     Baxış: 797
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AZAL Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının "IATA Travel Pass" adlı mobil səyahət tətbiqini iki istiqamət üzrə sınaqdan  keçirəcək.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, smartfona yüklənən "IATA Travel Pass" sahibinin səhhətinə dair, o cümlədən koronavirusa qarşı peyvənd olunması və testdən keçməsi barədə məlumatları özündə cəmləşdirir.

Heydər Əliyev Beynəlxalq Hava Limanının direktoru Teymur Həsənov bildirib ki, tətbiqin üstünlükləri çoxdur.

Tətbiqin köməyi ilə sertifikatların həqiqiliyini yoxlamaq prosesi ən etibarlı və sürətli hala gətiriləcək. Tətbiq ilk olaraq Bakı - İstanbul - Bakı, Bakı - Moskva - Bakı reyslərində sınaqdan keçiriləcək.

Bütün məlumatlar sərnişindən başqa heç kimin daxil ola bilmədiyi mobil tətbiqdə saxlanılır. Gələcəkdə səyahətçinin peyvəndlənməsi haqqında məlumatların bu cür sertifikatların həqiqiliyini yoxlamaq mexanizminin tətbiqə əlavə edilməsi planlaşdırılır. Sərnişin COVID-19 elektron test nəticələrini almazdan əvvəl rəqəmsal şəxsiyyət sənədlərini təsdiqləyə bilmələri üçün pasport məlumatlarını klinikalarla etibarlı şəkildə paylaşa biləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.