Cəlilabad rayonunda yaşayış evi yanıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Pərdi kəndində qeydə alınıb. Həmin kənddə Oktay Rufullayevə məxsus ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli 4 otaqlı evdə yanğın baş verib.
Hadisə yerinə gələn Cəlilabad rayon yanğından mühafizə hissəsinin əməkdaşları yanğını söndürüb. Lakin hadisədən gec xəbər tutulması səbəbindən ev tamamilə yanıb.
Araşdırma aparılır.
Milli.Az