Cəlilabadda ev yandı - FOTO

9 Avqust 2021 18:12

Cəlilabad rayonunda yaşayış evi yanıb. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Pərdi kəndində qeydə alınıb. Həmin kənddə Oktay  Rufullayevə məxsus ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli 4 otaqlı evdə yanğın baş verib. 

Hadisə yerinə gələn Cəlilabad rayon yanğından mühafizə hissəsinin əməkdaşları yanğını söndürüb. Lakin hadisədən gec xəbər tutulması səbəbindən ev tamamilə yanıb. 

Araşdırma aparılır. 

Milli.Az