AHİK İcraiyyə Komitəsi beynəlxalq təşkilatlara müraciət qəbul edib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İyulun 30-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) İcraiyyə Komitəsi ABŞ-ın Azərbaycan Silahlı Qüvvələrinə maliyyə və təlim yardımının qadağan olunmasını nəzərdə tutan Nümayəndələr Palatasının xarici ölkələrə yardımlarla bağlı qanuna qəbul etdiyi düzəlişə dair beynəlxalq təşkilatlara müraciət qəbul edib.
AHİK-dən Milli.Az-a verilən məlumata görə, müraciətdə deyilir:
"Böyük təəssüf hissi ilə bildiririk ki, ABŞ Konqresinin Nümayəndələr Palatası xarici yardımları nəzərdə tutan qanuna konqresmen Frenk Pallone və bu qurumun erməni kokusundakı (qrupu) digər üzvlərinin təklif etdiyi düzəlişi dəstəkləmişdir. Düzəlişdə qərəzli şəkildə və saxta arqumentlər əsas gətirilərək ABŞ-ın Azərbaycan Silahlı Qüvvələrinə maliyyə və təlim yardımının qadağan olunması nəzərdə tutulmuşdur.
Nümayəndələr Palatası Ermənistan dövlətinin işğalçı siyasətini pərdələyən yalan dəlillər gətirərək Azərbaycan tərəfini təcavüzkar kimi göstərməyə çalışmiışdır. Bu dəlillər reallığı əks etdirmir, həqiqətdən uzaqdır.
Ermənistan Azərbaycanın ərazisinin 20 faizini 30 ilə yaxın müddət ərzində işğal altında saxlayıb, bir milyondan artıq azərbaycanlı ata-baba yurdlarından qovulub. İşğal olunmuş ərazilərdə bütün kənd və şəhərlər viran edilib, soyqırımı siyasəti həyata keçirilib, mədəni və dini abidələr dağıdılıbdır.
Ermənistanın təcavüzü ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə 4 qətnamə (822, 853, 874 və 884) qəbul olunmuşdur. Qətnamələrin hər birində ermənilərin təcavüzkar siyasəti pislənilib və erməni hərbi birləşmələrinin zəbt etdikləri Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmaları birmənalı şəkildə tələb olunmuşdur. Beynəlxalq hüququn tələb və prinsiplərinə məhəl qoymayan Ermənistan işğalçı siyasətini daha da genişləndirmək məqsədilə 2020-ci ilin sentyabrın 27-də yenidən Azərbaycan üzərinə hücuma keçdi. Azərbaycan Ordusu bu təxribatın qarşısını almaqla yanaşı, əks-hücum əməliyyatlarına başladı və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, beynəlxalq səviyyədə tanınmış ərazilərini Ermənistanın işğalından azad etdi.
Ermənipərəst senatorların gətirdikləri dəlillər həqiqətə uyğun deyildir. ABŞ kimi dünyada nüfuzlu bir dövlətin Nümayəndələr Palatasında belə bir təklifin qəbul olunması ədalətsizlikdir və təəssüf doğurur. Qərarı şiddətlə qınayırıq. Ona yenidən, obyektivliklə baxılmasını tələb edirik.
Bu gün erməni işğalı nəticəsində dağıdılmış şəhər və kəndlərimizin bərpası gündəlikdə olduğu bir vaxtda Avropa İttifaqı ikili standartlar nümayiş etdirərək Ermənistana 2,6 milyard, Azərbaycana isə 150 milyon avro yardım ayırmışdır. Bu da növbəti ədalətsizliyin nümunəsidir.
Biz Azərbaycan həmkarlar ittifaqları olaraq bütün beynəlxalq təşkilatlara, o cümlədən Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasına, Ümumhəmkarlar İttifaqları Konfederasiyasına, Pan Avropa Regional Şurasına, Qlobal Sahə Həmkarlar İttifaqlarına və digər əməkçi təşkilatlarına müraciət edərək onları bu cür məsələlərə ədalətlə yanaşmağa və obyektiv münasibət bildirməyə çağırırıq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Xətai, Ağdaş və Yevlaxda qaz olmayacaq - Yenilənib
-
Bu şəxslərin pensiyası minlərlə manatdır - Siyahı
-
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu - (Foto)
-
Azərbaycanda futbol üzrə ilk dünya çempionatı və festivalla əlaqədar viza proseduru sadələşdirilir
-
İnsan susuz neçə gün yaşaya bilər?
XƏBƏR LENTİ
-
Eşşəkdən pələngədək: məşhurların ən qeyri-adi ev heyvanları
-
Ərinin geyiminə reaksiyası müzakirələrə səbəb oldu - (Video)
-
Ruh sağlamlığınızın pisləşdiyini göstərən 8 əlamət
-
Gülben Ergen vəsiyyətnaməsini eks-həyat yoldaşına verəcək - (Foto)
-
Suyun içinə 3 qaşıq əlavə edin: Siçanlar yolunu dəyişəcək
-
45 yaşlı Adriana Limanın son görüntüsü - (Foto)
-
Evdə bişirib satanların nəzərinə: Yeni qaydalar gəlir, sertifikat tələb olunacaq - (Video)
-
Həyat yoldaşınızın sizi aldatdığını büruzə verən 7 sözdən ibarət cümlə
-
Evinizdə bu çiçəkləri saxlamayın: Havanı zəhərləyir, təhlükə saçır
-
“Biz bir daha heç vaxt müstəqillik haqqında xəyal qurmamalıyıq” - Paşinyan
-
Bakıda 52 qəzalı bina söküləcək: Kompensasiya məbləği açıqlandı
-
Günün qoroskopu: Pula görə özünüzü stresə sala bilərsiniz
-
Qubadlıda yaşayış kompleksi tikilir - (Video)
-
Afra Saraçoğlu sərbəst buraxıldı - Yenilənib
-
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
-
Sabah bu ərazilərdə işıq olmayacaq
-
Nikolas Keycin son halı - (Foto)
-
Evdə yoxsa şarj stansiyasında? Elektrikli avtomobillərin yürüşü və qiymətində kəskin fərq - (Video)
-
Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu - (Foto)
-
Məhəmməd Salah sürücülük hüququndan məhrum edildi
-
"Qəbzi deyil, hesabınızı yoxlayın": Vətəndaşları aldadan yeni dələduzluq üsulu
-
“Ömer Baba”: “Şaşmaz qardaşları dürüst adamlar deyil”
-
Xətai, Ağdaş və Yevlaxda qaz olmayacaq - Yenilənib
-
Kozinoğlunun müəmmalı ölümü: Türkiyədə sabiq jurnalist həbs olundu





