Cəmiyyət

Kimlər ünvanlı dövlət sosial yardımı ala bilər? - AÇIQLAMA

30 İyul 2021 12:30
Baxış: 3 284
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ünvanlı sosial yardım əsasən aztəminatlı ailələr üçün nəzərdə tutulub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Mətin Əsgər deyib. O, ünvanlı dövlət sosial yardımının təyini ilə bağlı proseduru izah edib:

"Ünvanlı dövlət sosial yardımının təyinində ehtiyac meyarı əsas götürülür. Hər bir ailə üzvü üçün ehtiyacı meyarı 170 manatdır. Əgər ailədə 8 yaşından balaca uşaq varsa, məşğulluq tələbi ana üçün tətbiq olunmur. Çünki övladların böyüdülməsi ilə məşğuldur. Belə olduğu halda ata minimum əməkhaqqı, yəni 250 manat alırsa, o zaman ailənin ümumi ehtiyac meyarından bu məbləğ çıxılır və yerdə qalan məbləğ ünvanlı dövlət sosial yardımı şəklində verilir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.