Məhkumluq həyatı bitmiş şəxslər cəmiyyətə necə inteqrasiya olunmalıdır? - AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Penitensiar müəssisələrdə cəzaçəkmə müddətini başa vuran şəxslərin sosial həyata adaptasiya olunması istiqamətində ciddi problemlər var.
Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında hüquq müdafiəçisi Sahib Məmmədov deyib. Onun sözlərinə görə, təkrar cinayətlərin baş verməsinin əsas səbəblərindən biri də məhz cəzasını çəkmiş şəxslərin cəmiyyətə inteqrasiya ola, sosiallaşa, iş yeri və qazanc əldə edə bilməmələridir: "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqda qanun var. Bu qanunda həmin şəxslərlə bağlı dövlətin, yerli və mərkəzi icra hakimiyəti orqanlarının, bələdiyyələrin, ictimaiyyətin üzərinə hansı vəzifələrin düşdüyü göstərilib. Bundan başqa, cəzasını çəkmiş şəxslərin hansılarının ki, yaşamağa yeri yoxdursa, onlar üçün yataqxananın tikilməsi də nəzərdə tutulurdu. Bu yataqxana yalnız onların qalması üçün deyil, həmçinin orada resosializasiya məsələlərinin həyata keçirilməsi planlaşdırılmışdı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin də üzərinə yeni iş yerlərinin, müvəqqəti iş yerlərinin, ictimai işlərin təşkili ilə bağlı məsələlər düşür. Hazırda bu sahədə mövcud qanunun çox hissəsi işləmir. Qobustanda yataqxana tikməyə başlamışdılar, lakin vəziyyətin nə yerdə olduğu barədə məlumatım yoxdur. 10 ildən çox vaxt keçir, lakin bu istiqamətdə ciddi əməli addım atılmayıb".
Ekspert bildirib ki, əvvəllər QHT-lər resosializasiya layihələri həyata keçirirdi, lakin indi belə maliyyələşmə yoxdur: "QHT-lər kifayət qədər zəiflədiyindən belə layihələri icra etmək gücündə deyillər. Tək-tək hansısa layihələr icra olunmuş ola bilər. Amma dövlət bu sahədə müəyyən iş görüb. Birdəfəlik müavinətin verilməsi üçün elektron müraciət sistemi yaradılıb. Ehtiyacı olanlara birdəfəlik müavinət verilir. Məşğulluqla bağlı müəyyən cəhdlər olub, lakin ciddi nəticələri yoxdur".
Sahib Məmmədov onu da əlavə edib ki, digər tərəfdən, belə şəxslərə qarşı cəmiyyətdə gizli diskriminasiya var: "Onların işə qəbulundə müəyyən çətinliklər özünü göstərir. Məsələn, bir nəfər 5 dəfə narkotik maddələrin saxlanılması və istifadəsinə görə mühakimə olunub. Kollektivlərin çoxu belə bir insanla iş yoldaşı olmaq istəmirlər. Yaxud da dəfələrlə oğurluğa və dələduzluğa görə mühakimə olunanlar və ya şəxsiyyət əleyhinə ağır cinayətlər var. Dünyanın əksər ölkələrində belə insanlara qarşı gizli diskriminasiya mövcuddur. Bununla bağlı layihələrin həyata keçirilməsi effekt vermir. Heç kəs kriminal keçmişi olan şəxslərlə bir mühitdə olmaq istəmir. Bu problem bizdə də aktual olaraq qalır. Təbii ki, bu, bütün cəza çəkmiş şəxslərə aid deyil, amma hər halda, əksəriyyətinə qarşı belə münasibət var".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Toyda bu dəfə robot qol qaldırıb oynadı - (Video)
-
Astarada ilk kivi yığımı başladı - (Video)
-
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı - (Video)
-
40 min azalma: siniflər boşalır, müəllimlər ixtisar olunur
-
Kəlbəcərdə növbəti Bal Festivalı keçirilib - (Foto)
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatıb - Yenilənib (Foto)
XƏBƏR LENTİ
-
Azərbaycanda məktəbə başlama vaxtı dəyişir? - Bəlli oldu
-
"O, həyatı boyu ürəyini dəyişmədi" - (Video)
-
Maaş, pensiya və sosial ödənişlərlə bağlı yeni xəbər var
-
Ukrayna buna razı olsa, sülh sazişi hazırdır - Kuşner
-
Bu şəxslərə 300 manat veriləcək
-
Kaşif Kozinoğlunun ölümü ilə bağlı 3 nəfər tutuldu
-
Toyda bu dəfə robot qol qaldırıb oynadı - (Video)
-
Tatarıstana PUA hücumu: Ölənlər və yaralananlar var
-
Mbappe ən yaxşı gənc futbolçunun adını açıqladı
-
Bu ərazilər qazsız qalacaq
-
Arda Turanın 7,5 milyon dollarını "yeyən" qadın yenidən məhkəmədə - 102 il...
-
İndoneziyada 241 sərnişini olan gəmi yoxa çıxdı
-
Türk bayrağına tüpürən turistə bu cəza veriləcək
-
Bu küçələrə giriş bağlandı
-
Rusiyada bu hava limanları bağlandı
-
"Zirə" "Qarabağ"a qarşı
-
Rəşad Dağlının qızı ilə Orxan Lökbatanlının dueti maraq yaratdı - (Video)
-
- Sürücülərin diqqətinə: Bu prospektdə təmir aparılacaq
-
Azərin anasını belə təbrik etdi - (Video)
-
“Kirayə götürmüşük” dediyi qızıllar odunluqdan çıxdı - (Video)
-
Orada Putinlə Zelenski arasında görüş qeyri-mümkündür - Peskov
-
İsmayıllıda qəza - Ölən var
-
Azərbaycanlı aktyor qızı ilə - (Foto)
-
“Real” Madrid derbisində darmadağınla qalib gəldi





